YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi xarici siyasətimizin gündəliyində duran ən vacib məsələdir

“Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı daim artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və buna görə də ölkəmizə böyük hörmət və rəğbətlə yanaşırlar”. Bu sətirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarına təbrikində yer almışdır.

Prezident İlham Əliyevin məktubunda daha sonra bildirilir: “Ölkəmizin xarici siyasəti uğurlu daxili siyasətimizin davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması, işğal olunmuş ərazilərimizin azad edilməsi və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi xarici siyasətimizin gündəliyində duran ən vacib məsələdir. Ardıcıl diplomatik səylərimiz nəticəsində beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini, münaqişənin məhz bu prinsiplər əsasında həllini qətiyyətlə dəstəkləyir”.