YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Bu hadisə Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi növbəti uğurdur

“Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43 sessiyasının iyulun 7-də keçirilmiş iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının təbrik edib. Son ilər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanınması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu layihələr beynəlxalq təşilatlarla, xüsusən dünya mədəniyyəti, təhsil və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilmişdir. Onun sözlərinə görə, bu əməkdaşlığın inkişafında, belə bir yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu misilsizdir.

“Buna qədər Azərbaycandan bu siyahıya Bakı şəhərinin tarixi incisi olan “İşərişəhər” Dövlət, Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu daxil edilmişdir. Bundan əlavə Müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə 22, o cümlədən 5 təbii və 17 mədəni abidə daxil edilmişdir. Bütün bunlar Azərbaycan xalqının ümumibəşər mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda bir daha etirafıdır. Bu  hadisə Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi növbəti uğurdur. Azərbaycanla UNESKO arasındakı əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf edərək belə yüksək səviyyəyə çatdırılması və bu əməkdaşlığın davam etdirilməsi imkan verəcək ki, xalqımıza məxsus, böyük əhəmiyyət daşıyan digər tarixi, maddi və mədəniyyət abidələrinin də UNESKO- nun Dünya Mədəniyyət Mirasları Siyahısına salınması məqsədi ilə aparılan işlər uğurla nəticələnsin”-deyə, R.Əliyev vurğulayıb.