YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən, ən perspektivli ölkələrdən biri kimi qəbul olunur

“Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən, ən perspektivli ölkələrdən biri kimi qəbul olunur. Bütün bu uğurların əsasında Heydər Əliyev siyasəti dayanır. Çünki bu siyasət Azərbaycana yalnız və yalnız uğurlar gətirir”. Bu fikirləri Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, müasir Azərbaycan tarixinin son 50 illik dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər respublikamız keçmiş SSRİ-də geridə qalan respublikalardan biri idi. Amma Ulu Öndər 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra bütün sahələrdə inkişaf başladı. Belə ki, sosial-iqtisadi, mədəniyyət, elm, təhsil sahələrdə ciddi inkişaf baş verdi və qısa zamanda Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön sıralara çıxdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. Eyni zamanda, milli özünüdərk prosesi formalaşdı ki, bunun nəticəsində 1980-ci illərin sonunda xalqımız azadlıq mübarizəsinə qalxmış oldu.

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin şah əsəri olduğunu deyən Əli Əhmədov bildirib ki, bu gün Azərbaycanın bütün nailiyyətlərinin kökündə Heydər Əliyev siyasəti dayanır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, əhalinin rifah halı daha da yüksəlir: “Eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda da nüfuzu artmaqda, mövqeləri möhkəmlənməkdədir”.