YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Ölkəmizin idman ictimayyəti bu yarışları böyük maraqla izlədi

“Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunları yüksək səviyyədə baş tutdu. Bu, dünyanın idman ictimaiyyəti üçün yaddaqalan hadisədir”. Bu fikirləri Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, Azərbaycan idmançıları bu yarışda fəallıqla iştirak ediblər. Onun sözlərinə görə, bütövlükdə ölkəmizin idman ictimayyəti bu yarışları böyük maraqla izlədi. 

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınmaqdadır. Bu gün ölkəmizdə idmanın inkişafı davamlı xarakter daşıyır. İdmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir.
Ümumiyyətlə, müəyyən bir sektorun inkişaf səviyyəsi onun beynəlxalq miqyasda aldığı adekvat qiymətlə ölçülür. Bu kontekstdə ölkəmizdə dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğı sayəsində Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir”, - deyə A.Abiyev vurğulayıb.