YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülviyyə Həmzəyeva: Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır

“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu mənada ölkəmizin növbəti dəfə mötəbər beyənlxalq tədbirə ev sahibliyi etməsi mühüm hadisədir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva  deyib.

Ü.Həmzəyeva bildirib ki, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan bu nüfuzlu tədbirə də yüksək səviyyədə ev sahibliyi edir.

“Beynəlxalq müstəvidə  Azərbaycanın rolu güclənir. Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların  qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə məntiqəuyğundur. Sessiyada müzakirə olunan məsələlər də diqqəti cəlb edir. Burada dünyada movcud olan mədəni sahədə problemlər və onların həlli yolları haqda dəyərli fikirlər səsləndirilir. Hesab edirəm ki, bu sessiya vacib məsələlərin müzakirəsi baxımından önəmlidir. Eyni zamanda, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınması üçün geniş imkandır. Sessiyanın açılış mərasimində çıxış edən Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xalqımızın milli mənəvi dəyərləri haqqında, eləcə də Azərbaycan-UNESKO əlaqələri haqqında fikirlərini bildirdi. Bütövlükdə, xalqımızın  zəngin mədəni-tarixi dəyərləri dünya üçün böyük bir töhfədir”-deyə, deputat qeyd edib.