YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolu ən mühüm nəqliyyat layihələrindən biridir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ən mühüm nəqliyyat layihələrindən biridir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfəri zamanı deyib.

Türkiyəli liderin sözlərinə görə, BTQ və bütün digər nəqliyyat marşrutları Pekini Londonla birləşdirir ki, bu da bir daha bu layihələrin əhəmiyyətini sübut edir.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

Qeyd edək ki, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.