YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Ermənistan tərəfi anlamalıdır ki, mövcud status kvonu saxlamaq onun xeyrinə deyil

“İyunun 20-də Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqton görüşündən müəyyən müddət keçməsinə baxmayaraq hələ də bu mövzu ictimaiyyətin müzakirə mövzusu olaraq qalmaqdadır. Aydın görünür ki, Azərbaycan cəmiyyəti danışıqlar prosesi ilə bağlı məsələləri diqqətlə izləyir, bu əlbəttə ki, ölkə vətəndaşlarını maraqlandıran ən əsas məsələdir. Yanvarın 15-də keçirilən Paris görüşündə nazirlər “xalqların sülhə hazırlanması” ilə bağlı razılığa gəlmişdi və bu, münaqişənin həlli üçün konkret addımların başlanğıcı hesab olunurdu.   Çətin bir proses olmağına baxmayaraq, Azərbaycan tərəfi bu məsələ ilə bağlı addımlar atmağa, sülh şəraitində münaqişənin həlli istiqamətində bütün öhdəlikləri yerinə yetirməyə hazır idi”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib. 

S.Əliyeva bildirib ki, Azərbaycan tərəfinin səylərinə baxmayaraq hələ də, Erməmistan tərəfi konstruktiv danışıqlara getməyə  və münaqişənin sülh yolu  ilə həllinə maraqlı deyil.  Halbuki, Düşənbədə əldə olunan razılığa əsasən   tərəflər təmas xəttində sabitliyi təmin etməli idilər. Əksinə, Vaşinqton görüşündən əvvəl qoşunların təmas xəttində ermənilərin təxribatı nəticəsində Azərbaycan zabiti şəhid oldu, daha sonra iyunun 9 da daha bir şəhid verdik,  üstəlik Erməni tərəfi sakitləşməyib bu cinayəti törədənə medal verdi.

Millət vəkilinin sözlərinə görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi təlimlər keçirməyə başladı, bunlarla bərabər,  Füzuli istiqamətində təlim uçuşları keçirən Azərbaycanın aviasiya vasitələrinə uğursuz hücum olundu. Həmçinin, Vaşinqton görüşündən bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın “müharibə hələ bitməyib” açıqlaması isə onu deməyə əsas verir ki, o, beynəlxalq təşkilatlar qarşısında təmamilə başqa performans göstərir, eyni zamanda  hərbi təxribat yolu ilə vəziyyəti gərginləşdirmək və danışıqlar prosesini pozmaq, başqa istiqamətlərə yönləndirmək siyasəti yürüdür. 

“Artıq uzun illərdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan, BMT-nin qətnamələrini, digər beynəlxalq təşkilatların verdiyi bəyanatları görməzdən gəlir  və  sülh çağırışlarını qulaqardına vurur. Üstəlik, münaqişənin nizamlanması ilə əlaqədar son görüşlərdə Ermənistanın qeyri müəyyən davranışları, danışıqların mahiyyətinə əks manevrlər etməsi riyakarlıqdan başqa bir şey deyil.  Hər bir halda Ermənistan tərəfi anlamalıdır ki, mövcud status kvonu saxlamaq və vaxt qazanmaq onun xeyrinə deyil, çünki zaman Ermənistanın xeyrinə işləmir. Azərbaycan hər keçən gün siyasi və iqtisadi nüfuzunu artırır. Üstəlik, Ermənistanda daxili siyasətdə olan qeyri-stabillik və gərginlik davam edir, təcrübəsiz və hesablanılmamış qərarlar seperatçı rejimlə mövcud  iqtidarın arasındakı münasibətləri daha da gərginləşdirir. Hər bir halda, seperatçı Dağlıq Qarabağ rejiminin tərəf kimi, danışıqlarda iştirakı mümkünsüzdür. Qarşı tərəfin uğursuz cəhdləri, danışıqların faktiki strukturunu dəyişmədi, lakin Minsk qrupunun təşkilatçılığı ilə baş tutan görüşlərdə də Ermənistanın ikiüzlü davranışları əsaslı danışıqlara, münaqişənin nizamlanmasına imkan vermir. Sözdə bir, əməldə başqa olan işğalçı dövlət öz erməni xislətindən və mənfur niyyətindən əl çəkə bilmir. Buna baxmayaraq, Azərbaycan tərəfi öz mövqeyində israrlıdır,  bu münaqişə yalnız ərazi bütövlüyümüzün təmin olunması şərtilə həll olunmalıdır. Dövlətimiz öz torpaqlarını sülh, ya da hərbi yolla azxad edəcək”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv