YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Bakı Bəyannaməsi qəbul olunub

UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası bu gün öz işini davam etdirir.

Sessiyada bu gün Bakı Bəyannaməsi qəbul edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Bakı bəyannaməsi dünyada mədəni irsin qorunmasına xidmət edir və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır.

Qeyd edək ki, bəyannamədə komitəyə üzv olan ölkələrdə yerləşən Dünya İrs siyahısına daxil edilmiş mirasların effektiv qorunması, saxlanması və idarə edilməsi istiqamətində səylərin artırılmasının zəruriliyi qeyd olunur.

Həmçinin bəyannamədə münaqişə zonlarında təbii və mədəni irsin dağıdılmasından, o cümlədən arxeoloji ərazilərdə qanunsuz qazıntılardan, mədəniyyət nümunələrinin qanunsuz daşınmasından, mədəni sərvətlərin qanununsuz istismar edilməsindən narahatlıq ifadə olunub.

Bəyannamədə üzv ölkələrlə Dünya İrs Komitəsi arasında dialoqun gücləndirilməsi, irs miraslarına təsir edən iqlim dəyişikliyi, təbii və insan tərəfindən törədilən fəlakətlər və digər müxtəlif qlobal çağırışların aradan qaldırılmasının zəruriliyi qeyd edilir.

Bəyannamədə eyni zamanda tədbirə ev shibliyi etdiyi üçün Azərbaycana təşəkkür ifadə olunub.

Qeyd edək ki, 43-cü sessiyada xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.

 

DİGƏR Xəbərlər Arxiv