YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

UNESKO-nun baş direktorunun müavini: Təhlükəsizlik təmin edilərsə, Dağlıq Qarabağa ekspert qismində getmək olar

Biz Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərdən xahiş edirik ki, təhlükəsizliyi təmin etsinlər. Belə olan halda, UNESKO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər.

Bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında UNESKO-nun baş direktorunun müavini Ernesto Toni deyib.

O qeyd edib ki, ekspert missiyasının keçirilməsi üçün şərtlər var: "Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bu razılaşma olmazsa, UNESKO müdaxilə edə bilməz".