YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Uzun illərdir araşdırıcı missiyanın işğal olunmuş ərazilərə gətirilməsi üçün iş aparılır

20 ildən artıqdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni abidələrimiz dağıdılır.

Bunu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında deyib.

Ə.Qarayev bildirib ki, bununla bağlı məsələ UNESCO-da qaldırılıb: “Biz bu sessiya çərçivəsində də bu məsələni qaldırmışıq, mən bunu çıxışlarımda da dedim. Uzun illərdir araşdırıcı missiyanın işğal olunmuş ərazilərə gətirilməsi istiqamətində iş aparırıq, ancaq Ermənistan tərəfi bu missiyanın gəlməsini əngəlləyir. Bu məsələyə beynəlxalq ictimaiyyətin qoşulmasını istəyirik. Bu istiqamətdə iş aparırıq”.