YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa strukturları Xəzər dənizi-Qara dəniz marşrutunun inkişafında maraqlıdırlar

Avropa strukturları Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniyanın iştirak etdiyi Xəzər dənizi-Qara dəniz marşrutunun inkişafında maraqlıdırlar.

Bunu Türkmənistan Sənaye və Kommunikasiya Nazirliyinin “Türkmənistan avtomobil nəqliyyatı” agentliyinin sədri Orazgəldi Suxanov bəyan edib.

Region ölkələri arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafından bəhs edən O.Suxanov Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə uğurla həyata keçirilmiş Lapis Lazuli multimodal nəqliyyat marşrutunu xatırladıb. O, həmçinin yeni nəqliyyat marşrutu – Xəzər dənizi-Qara dəniz layihəsinin reallaşması barədə məlumat verib. Yeni dəniz marşrutunun perspektivindən danışan Türkmənistan rəsmisi bu dəhlizin Avropa və Asiya ölkələri arasında əlaqələrin inkişafında əhəmiyyətini, onun bu yaxınlarda Avropa İttifaqının qəbul etdiyi Mərkəzi Asiya üçün Strategiyada rolunu qeyd edib.

Xatırladaq ki, bu günlərdə Buxarestdə keçirilən Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu üzrə ekspert işçi qrupunun dördtərəfli görüşündə nümayəndə heyətlərinin üzvləri marşrut boyu bu ölkələrdəki nəqliyyat infrastrukturu ilə bağlı, həmçinin onun genişləndirilməsi perspektivlərinə dair informasiya mübadiləsi aparıblar. Xəzər dənizi-Qara dəniz dəhlizinin fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılmasına kömək edəcək milli səviyyədə normativ-hüquq aktlarının hazırlanması və tətbiq edilməsi, habelə “Şərq-Qərb” istiqamətində iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.