YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Əhaliyə bütün sahələrdə göstərilən xidmətlərin mənbəyində iqtisadiyyatın inkişafı dayanır

“İqtisadi inkişafın  məqsədi insanların daha yaxşı yaşamasını təmin etməkdir”. Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, əhaliyə bütün sahələrdə göstərilən xidmətlərin mənbəyində iqtisadiyyatın inkişafı dayanır. Onun sözlərinə görə, iqtisadiyyat inkişaf etməzsə, dövlət varlı olmazsa və gəlir mənbələri olmazsa, bu xidmətlərin təmin edilməsi kifayət qədər çətin olardı.

“Ona görə də iqtisadiyyatın inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli islahatlar Azərbaycanda əldə olunan yeni və əlavə gəlirlərin daha çox vətəndaşa istiqamətlənməsini təmin edir. Biz bunu müşahidə edirik. Bu il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesində qeydə alınan artımlar dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatların real nəticələridir”-deyə, deputat qeyd edib.