YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlət rəhbərliyinin diqqət mərkəzindədir

«Əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlət rəhbərliyinin diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycanda qəbul olunan qanunlar, həyata keçirilən proqramlar vətəndaşların maraqlarına xidmət edir. Onun sözlərinə görə, hər il əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin artımı bunu deməyə əsas verir.

«Hər il dövlət büdcəsində də sosial sahəyə ayrılan vəsaitin həcmi artır. Bu çox müsbət haldır. Yeri gəlmişkən, qeyd edim ki, 2015-ci ilin dövlət büdcəsində yaşayış minimumu 131 manat, ehtiyac meyarı isə 105 manat məbləğində müəyyənləşib. Hələ 2008-ci ildə yaşayış minimumu 70 manat həddində idi. Manatın son dövrdəki inflyasiyasını araşdırandan sonra aydın oldu ki, hazırkı 131 manat əhalinin alıcılıq qabiliyyətinə görə əvvəlki illərə nisbətən yüksək rəqəmdir. İstəyimiz odur ki, bu məbləğ yüksəlsin və müvafiq olaraq əhalinin sosial rifah halı da yaxşılaşsın»- deyə, komitə sədri vurğulayıb.