YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanda aparılan sosial islahatlar inqilabi qərarlardır

“Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir. Dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar ölkəmizin “Doing Business 2019” hesabatında yeni rekorda imza artmasına imkan yaradıb. Azərbaycan 10 ən islahatçı ölkə siyahısında qərarlaşıb və MDB ölkələri arasında lider mövqe tutur. Son üç ayda aparılan sosial islahatlar inqilabi qərarlardır”. Bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yay sessiyası çərçivəsində təşkil olunmuş “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbirdə deyib.

S.Fətəliyeva bildirib ki, uğurlu sosial-iqtisadi siyasət gücümüzün artması ilə nəticələnib. Azərbaycan dövlətinin sosial siyasət fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifahına istiqamətləndirməkdir. Son illər bir çox ölkələrdə maliyyə böhranı, sosial problemlər ağırlaşsa da, ölkəmizdə sosial layihələrin reallaşması, iqtisadi islahatların həyata keçirilməsi eyni templə davam edir.

S.Fətəliyeva  ölkə Prezidentinin digər sərəncam və fərmanlarından da söz açaraq bildirib ki, bu sənədlər insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına həssas münasibətin təzahürüdür. O, uşaq və qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərdən, onların sosial müdafiəsi istiqamətində atılan addımlardan danışıb. Həmçinin Ermənistanın təcavüzü nəticəsində doğma yurdundan didərgin salınmış 1 milyon qaçqın və məcburi köçkünün, eləcə də şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilmiş dövlət layihələri haqqında məlumat verib.

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət sayəsində yoxsulluq və işsizlik səviyyəsi aşağı düşüb, vətəndaşların rifahı yaxşılaşıb, əhalinin bütün seqmentləri üçün sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalı, sosial infrastruktur gücləndirilib”, - deyə S. Fətəliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv