YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir

“İdarəetmə sahəsində  zəngin biliyə və təcrübəyə malik Ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrdən biri də dövlət quruculuğu sahəsindəki islahatların vacibliyi və bu islahatları layiqli şəkildə həyata keçirməyi bacaran peşəkar kadrların hazırlanması idi. Bu siyasi kurs hazırda Prezidentimiz İlham Əliyev tərəfindən  uğurla davam etdirilir.  Dövlət başçısının bu günlərdə kadr dəyişiklikləri ilə bağlı imzaladığı növbəti sərəncamlar siyasi idarəçilik sferasında mühüm dəyişiklikləri özündə ehtiva edir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu kadr islahatları ardıcıl kompleks islahatların tərkib hissəsidir və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir. Hazırda ölkənin demək olar ki, bütün fəaliyyət sferalarında gənc kadrlarla yanaşı təcrübəli kadrların fəaliyyətinə böyük önəm verilir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov deyib.

H.Mirələmov bildirib ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin kadr dəyişiklikləri ilə bağlı son sərəncamları respublikamızda sabitlik və təhlükəsizliyin qorunması istiqamətində atılan mühüm addımların növbəti mərhələsidir. Onun sözlərinə görə, vəzifəyə təyin olunan kadrlar Heydər Əliyev siyasi məktəbinin layiqli yetirmələri olmaqla yanaşı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətləri ilə seçilirlər.

“Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq təşəkkül tapan, daha sonra möhtərəm Prezidentimiz  İlham Əliyevin misilsiz diqqət və qayğısı nəticəsində daha da inkişaf edərək modernləşən, dövrün sınaqlarından üzüağ çıxmağı bacaran  Daxili İşlər Nazirliyinin  son 25 il ərzində qazandığı nailiyyətlərin əldə olunmasında Ramil Usubovun müstəsna xidmətləri var. Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi kimi yüksək və məsul dövlət vəzifəsinə təyin olunan Ramil Usubovun özünəxas mərdlik, prinsipiallıq və cəsurluq kimi xarakterik insani keyfiyyətlərinə söykənərək bundan sonra da Azərbaycanın inkişafı və müstəqilliyimizin qorunması yolundayorulmadan çalışacağına inanırıq. Dövlətə və Prezidentin siyasətinə bağlılığı ilə seçilən, peşəkar idarəçilik bacarığı ilə fərqlənən polis general-leytenantı Vilayət Eyvazovun daxili işlər naziri təyin olunması da bizi ürəkdən sevindirir. Vilayət Eyvazov uzun illərdir daxili işlər orqanlarında çalışan,  bu qurumun mükəmməl iş üslubunu dərindən mənimsəmiş və böyük nüfuza malik peşəkar kadrdır.

Ona görə tam əminliklə deyə bilərəm ki, DİN-nindiyədək  əldə etdiyi nailiyyətlər  və cinayətkarlığa  qarşı mübarizə Vilayət Eyvazov  tərəfindən böyük uğurla davam etdiriləcək və o, Azərbaycanda sabitliyin, asayişin qorunmasına öz layiqli töhfələrini verəcəkdir. Vilayət Eyvazov sadə, təvazökar, obyektiv və vətənpərvər insandır. Prezidentimiz tərəfindən yüksək etimad göstərilərək tapşırılan bu çətin və şərəfli işdə Vilayət müəllimə uğurlar diləyirəm. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilən Əli Nağıyev də çox peşəkar kadrdır . O, sıravi işçilikdən rəhbər vəzifələrə qədər şərəfli yol qət edib, kifayət qədər təcrübəyə malikdir.  Ürəkdən inanırıq ki, Əli Nağıyev Azərbaycanın milli maraqlarının və dövlət təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması istiqamətində əlindən gələni əsirgəməyəcək, Vətənə şərəflə xidmət edəcək.

Eləcə də indiyədək təhlükəsizlik orqanlarında peşəkar fəaliyyəti ilə seçilən Mədət Quliyevin hazırkı müharibə şəraitində müdafiə sənayesi naziri kimi məsul və şərəfli vəzifəyə təyin olunmasını çox müsbət qiymətləndirirəm, ona həvalə olunan bu mühüm vəzifənin öhdəsindən uğurla və bacarıqla gələcəyinə heç bir şübhəm yoxdur.

Famil Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi də çox sevindirici xəbər oldu.  Azərbaycanın tanınmış iqtisadçı və hüquqşünas  alimlərindən biri olan, indiyədək mühüm dövlət vəzifələrində çalışmış Famil Mustafayev öz sahəsini mükəmməl bilən qiymətli kadrdır. İşinin peşəkarı olmaqla yanaşı həm də yüksək insani keyfiyyətləri lə seçilən prinsipial bir şəxsiyyətdir.

Bir sözlə, yeni təyinat alan şəxslərin hər birinin zəngin dövlətçilik təcrübələri var,cəmiyyətdə böyük nüfuza malikdirlər. Ümidvaram ki, yeni kadr təyinatları dövlətimizin və dövlətçiliyimizin inkişafına çox mühüm töhfələr verəcəkdir”-deyə, deputat qeyd edib.