YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri NATO qərargah zabitləri üçün keçirilən kursda iştirak edəcəklər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Noyabrın 10-dan 14-dək Oberammerqau şəhərində (Almaniya) Silahlara nəzarət - Vyana sənədinə uyğunluq və verifikasiya üzrə kurs, Vışkov şəhərində (Çexiya) "Kimyəvi, Bioloji, Reaktiv, Nüvə hadisələri nəticəsində əmələ gəlmiş böhranların idarə edilməsi" kursu keçiriləcək.

Bununla yanaşı, Kungsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabitləri üçün kurs, noyabrın 10-dan 21-dək isə Ankara şəhərində (Türkiyə) "Silahlı Münaqişə Hüququ" kurs təşkil olunacaq.