YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Sərəncamlar əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində çox mütərəqqi bir addımdır

“Prezident İlham Əliyev tərəfindən 18 iyunda imzalanmış sərəncamlar əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində çox mütərəqqi bir addımdır”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu sərəncamlardan iki milyondan çox insan faydalanacaq. Eləcə də minimum əməkhaqqının artırılması 950 min insanı, müəllimlərin əməkhaqlarının artımı 160 min insanı əhatə edəcək. Onun fikrincə, bu sərəncamları sosial sahədə bir inqilab adlandırmaq olar: “Dövlət başçısı ötən il aprel ayında prezident seçilərkən söz vermişdi ki, ölkədə bir çox struktur dəyişiklikləri olacaq, sosial islahatlar həyata keçiriləcək və bunlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına yönələcək. Ölkə rəhbəri verdiyi vədləri çox layiqincə yerinə yetirir”.

Millət vəkili qeyd edib ki, cənab Prezidentin son sərəncamları göstərir ki, sosial sahədə sistemli və ardıcıl iş aparılır.

“Bundan əvvəl şəhid ailələrinə birfədəlik müavinətlərin verilməsi, pensiyalar, müavinətlər, tələbələrə verilən təqaüdlərin artırılması kimi tədbirlər həyata keçirildi. Son sərəncamlar da görülən tədbirlərin məntiqi davamıdır. Prezident İlham Əliyevin bu sərəncamları ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Bu addımlar, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır. Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması, ölkədəki ictimai-siyasi sabitliyin qorunub-saxlanması dünya üçün də bir ismarıcdır”-deyə, T.Rzayev vurğulayıb.