YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: İşğalçı Ermənistan destruktiv mövqeyindən əl çəkməyib

“Azərbaycanın torpaqları 30 ilə yaxındır ki, işğal altındadır. Biz işğalçı dövlətin qoşunlarının ərazilərimizdən çıxarılmasını, ərazi bütövlüyümüzün təmin olunmasını tələb edirik. Bizim mövqeyimiz dəyişməzdir”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

E.Məmmədov bildirib ki, işğalçı Ermənistan destruktiv mövqeyindən əl çəkməyib. Onun sözlərinə görə, belə bir şəraitdə xarici işlər nazirləri arasında keçirilən görüşdən ciddi nəticə gözlənilməməlidir.

“Ermənistan rəhbərliyi Azərbaycanın hər gün artan gücü qarşısında acizliklərini, zəifliklərini dərk edərək beynəlxalq qurumlara deyirlər ki, “Biz arxayınıq ki, Azərbaycanı müharibə etməyə qoymayacaqsınız...”. Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də ermənilərin dediyini deyir. Deyirlər ki, güc, hərbi yolla problemin həlli mümkünsüzdür. Bu, ermənilərin xeyrinədir. Ermənilər torpaqları işğal edib və vəziyət dəyişməz qalıb. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri 30 ildir bəyan edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Əgər onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, niyə işğalçını yerinə oturtmurlar? Axı işğalçı məlumdur. Niyə işğalçıya və işğala məruz qalana münasibət eyni olmalıdır. Ona görə də belə görüşlərdən müsbət nəticə gözlənilmir. Azərbaycan Ordusu düşməni darmadağın edərək ərazilərindən çıxarmalıdır. Ordumuz buna qadirdir”-deyə, deputat qeyd edib.