YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar

Deyə bilərəm ki, Ermənistanın müdafiə naziri David Tonoyan yalan danışır. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət sonra onlar öz itkilərini açıqlayacaqlar.

Bunu Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi qulluqçumuz, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə münasibət bildirərkən deyib.

Xatırladaq ki, iyunun 9-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin Tərtər rayonu istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.