YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın sabiq Baş nazirləri III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcəklər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda İtaliyanın sabiq hökumət rəhbərlərinin də iştirakı gözlənilir.

Komitədən bildirilib ki, Romada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov İtaliyanın sabiq Baş naziri Enriko Letta ilə görüşüb və onu Forumda iştiraka dəvət edib. E.Letta dəvəti məmnuniyyətlə qəbul edib. Görüşdə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, qarşıdakı Foruma hazırlıq məsələləri də müzakirə edilib.

İtaliyanın digər sabiq hökumət başçısı, 1999-2004-cü illərdə Avropa Komissiyasının prezidenti olmuş Romano Prodi də III Qlobal Müştərək Cəmiyyətlər Forumuna dəvət edilib.