YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağlıq Qarabağ münaqişəsinin həlli bütün Avropa üçün çox vacibdir

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri Bayram Səfərovla görüşündə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli rəsmi London, eləcə də bütün Avropa üçün çox vacib məsələdir. O, vurğulayıb ki, Böyük Britaniya münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.

İctimai Birlikdən verilən məlumata görə, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov
görüşdə bildirib ki, münaqişənin həlli ilə bağlı qətiyyət nümayiş etdirməli olan qurumların ikili standartları hələ də davam edir. B. Səfərov qeyd edib ki, münaqişənin tezliklə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həlli vacibdir və biz bu istiqamətdə beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır, biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik.

Görüşdə Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Böyük Britaniyanın bu münaqişənin həllində daha yaxından iştirak etmək istəməsi müsbət haldır. Münaqişənin həlli üçün Böyük Britaniyanın dəstəyi və səyi nəticəsində icmalararası dialoqların təşkili, bu istiqamətdə mövcud proqram və layihələrdə tərəflərin daha fəal iştirakının təmin olunması vacibdir.