YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

İyunun 7-də Yeni Azərbaycan Partiyası  Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.  

Konfransda Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Milli Məclisin deputatı Kamran Bayramov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, təşkilatın gənc fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Daşkəsən şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alıyev hesabat dövrü ərzində görülən işlər barədə məruzə ilə çıxış edib. Elşən Alıyev qeyd edib ki, YAP Daşkəsən rayon təşkilatının Gənclər Birliyi hesabat dövrü ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Belə ki, təşkilat müxtəlif layihələr reallaşdırıb, tədbirlər keçirib və ictimai-siyasi proseslərdə fəal iştirak edib.

Daha sonra fəal gənclərdən Aygün İbrahimova və Cavid Məmmədov hesabat məruzəsi ətrafında çıxış edərək Prezident cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir.

Konfransda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və Milli Məclisin deputatı Kamran Bayramov çıxış ediblər. Qeyd olunub ki, güclü və demokratik siyasi qüvvə olan, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı inamla inkişafa, uğurlu gələcəyə doğru aparır. Çıxışlarda  Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də təhsil, səhiyyə və idman həyatında gənclərin uğurlarından bəhs olunub.

Konfransda təşkilati məsələlərə baxılıb. Kənan Ramazan oğlu Bayramov YAP Daşkəsən rayon təşkilatı Gənсlər Birliyinin sədri seçilib. Təşkilatın Gənсlər Birliyinin 7 nəfərdən ibarət İdarə Heyəti, 15 nəfərdən ibarət  Şurası seçilib. Həmçinin, YAP Gənсlər Birliyinin V konfransına nümayəndələr müəyyənləşib.

Konfransın sonunda YAP sıralarına qəbul olunmuş gənclərə üzvlük vəsiqələrini təqdim edilib.

DİGƏR Partiya xəbərləri Arxiv