YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycanın dinamik iqtisadi inkişafını təmin etmək üçün dövlətimiz uğurlu siyasət həyata keçirir

“Azərbaycanın dinamik iqtisadi inkişafını təmin etmək üçün dövlətimiz uğurlu siyasət həyata keçirir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir. Onun sözlərinə görə, qısa müstəqillik tarixində respublikamızın bütün dünya üzrə ən dinamik iqtisadi inkişafa nail olması qürurverici haldır.

“Müstəqillik illərində Azərbaycan sərbəst bazar iqtisadiyyatına transformasiya proseslərini uğurla yekunlaşdırıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və son 16 ildə Prezident İlham Əliyevin davam etdirdiyi islahatlar kursu milli iqtisadiyyatımıza yeni nəfəs verib, ölkədə qeyri-neft sektoru üzrə istehsalın həcminin və çeşidinin artırılması üçün yeni imkanlar açıb. O cümlədən ölkədə aparılan yeni nəsil islahatlar çərçivəsində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələrində yaxın, orta və uzunmüddətli dövrdə ölkəmizin strateji inkişaf kursunun hədəf çərçivələri müəyyənləşdirilib. Milli iqtisadiyyatımızın inkişafına göstərilən davamlı siyasi və maddi dəstək tədbirləri yaxşı nəticələr verir. Son 16 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Respublikamız Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsinə çevrilib. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır”-deyə, deputat qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv