YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin V Konfransı keçirildi

YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin V Konfransı keçirildi.

Konfrans iştirakşıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Konfransda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev bildirdi ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühim vəzifəsi hesab etmişdir.

Konfransda YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Aqşin Bağırov hesabat məruzəsi ilə çıxış etdi. Məruzə ətrafında rayon təşkilatı şəhər 1 saylı ərazi ilk partiya təşkilatının üzvü Əlifli Əliheydər, gənc partiya üzvü Hüseynzadə Sahil, Aranlı kənd ümumi orta məktəbin gənc müəllimi Pərvin Əliyeva çıxış etdilər. Çıxış edənlər gənclər birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxs hesab edərək, bütünlükdə gənclərə göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdilər.

     Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov, Milli Məclisin deputatı Rüstəm Xəlilov, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etdilər. Natiqlər gənclər üçün yaradılan böyük imkanlardan və şəraitdən danışaraq bu gün gəncliyin artıq siyasi cəhətdən formalaşmış, yetkinləşmiş səviyyədə olduğunu diqqətə çatdırdılar.

Konfransda təşkilatı məsələlərə baxıldı. 15 nəfərdən ibarət YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin Şurası və 7 nəfərdən ibarət İdarə Heyəti seçildi. Aqşin Bağırov YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri, Hüseynli Elnur  və Hüseynzadə Sahil sədrin müavinləri, eyni zamanda 2 nəfər YAP Gənclər Birliyinin respublika konfransına nümayəndə seçildi.

Konfransda partiyaya yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olundu.

Konfransda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olundu.

DİGƏR Partiya xəbərləri Arxiv