YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrailli turist: Bakıda gördüyümüz hər şey gözəl və mükəmməldir

UEFA Avropa Liqasının bu gün keçiriləcək final oyununu izləmək üçün Bakıya gələn "Arsenal" azarkeşləri arasında israilli Lev Holon da var.

Təl-Əvivdən Bakıya dostları ilə birlikdə gələn Lev Holon Azərbaycan paytaxtı barədə təəssüratlarını və qarşıdakı oyunla bağlı proqnozlarını bölüşərək deyib: “Bakı çox xoşumuza gəldi. Burada gördüyümüz hər şey gözəl və mükəmməldir, özümüzü tam sərbəst və təhlükəsiz hiss edirik.

Bakıda əsl futbol abı-havası var. Oyunun nəticəsinə gəlincə, əminəm ki, kubok "Arsenal"ın olacaq. Onun bütün tərəfdarları Bakıdan öz ölkələrinə qələbə sevinci ilə qayıdacaqlar”.