YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa Parlamentinin üzvü: Azərbaycanın müstəqil siyasəti var, böyük güclərdən asılı deyil

Azərbaycanın müstəqil siyasəti var, böyük güclərdən asılı deyil.

Bunu Fransa Parlamentinin üzvü Jan-Lük Reytser deyib.

Onun sözlərinə görə, Azərbaycanın nəinki mərkəzi, eləcə də regionları çox inkişaf edib: “Azərbaycandakı iqtisadi inkişaf məni heyrətləndirir. Ölkənizin apardığı siyasəti çox bəyənirəm. Sizin müstəqil siyasətiniz var, böyük güclərdən asılı deyilsiniz. Siz tarazlığı, qonşuluq siyasətini qoruyub saxlaya bilmisiniz. Buradakı tolerantlıq da məni valeh edir. Azərbaycan çox təhlükəsiz ölkədir”.