YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İngiltərəli azarkeş: Bakının dənizkənarı bulvarı valehedicidir

Bakıda ilk dəfə olmağımıza baxmayaraq, burada özümüzü evdəki kimi hiss edirik. İnsanlar çox sərbəst və rahat hərəkət edirlər. Bakının Dənizkənarı Bulvarı valehedicidir. Buradakı fəvvarələr çox xoşuma gəldi. Bakı gözəl və təmiz şəhərdir.

Bu sözləri UEFA Avropa Liqasının final oyununu izləmək üçün dostu Neil Ray ilə birlikdə Bakıya gələn ingiltərəli azarkeş Tabea Vilhelm deyib.

“Arsenal”a azarkeşlik etdiklərini vurğulayan Neil Ray bildirib: “Oyundan sonra Bakı ilə daha yaxından tanış olacağıq. “Arsenal”-“Çelsi” qarşılaşmasını səbirsizliklə gözləyirik. Oyunlardan sonra isə Bakı ilə daha yaxından tanış olmaq istəyirik. Artıq İçərişəhərdə olmuşuq. Bu bənzərsiz məkanla tanışlıq insanda unudulmaz hisslər oyadır. Ölkənizdə qalacağımız bir həftə ərzində paytaxtınızın görməli yerləri ilə ətraflı tanış olacağıq”.

DİGƏR Xəbərlər Arxiv