Xəbərlər
UEFA prezidenti Bakıda Avropa Liqasının finalının keçirilməsi qərarını dəstəkləyib
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/f5838bc17d2f0efa8812d3adb6bc3ec1.jpg&w=360)
UEFA-nın prezidenti Aleksandr Çeferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını dəstəkləyib.
UEFA prezidenti "Arsenal"ın yarımmüdafiəçisi Mxitaryanın "təhlükəsizlik" məsələsinə görə Bakıya gəlməməsindən danışıb. O bildirib ki, Mxitaryanın dedikləri Fransada "Avro-2016" keçirilən zaman dedikləri ilə paralellik təşkil edir.
UEFA prezidenti qeyd edib: "Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik".
Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.