YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Ölkəmizdə regionların sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir

“Ölkəmizdə regionların sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir”. Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki,  2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına başlanıldı. Artıq 3 Dövlət proqramı uğurla reallaşdırılıb. Onun sözlərinə görə, Dövlət proqramlarının icrası nəticəsində bölgələr sürətlə inkişaf edir, bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur.

“İcra olunmuş Dövlət proqramları Azərbaycanın regionlarını böyük inkişafına gətirib çıxarıb. Yəni, 2003-cü ildə ölkədə işsizlik 50 faizdən çox idisə, 2018-ci ilin sonunda 5 faiz olub. Əhalinin təbii qazla təmin olunması 50 faizdən 95 faizə, içməli su təminatı 28 faizdən 70 faizə qalxıb. 3200-dən çox təhsil müəssisəsi, 640-dan çox tibb müəssisəsi yenidən qurulub, 44 olimpiya kompleksi, 15000 kilometrdən çox avtomobil yolları yenidən tikilərək istifadəyə verilib. Regionların elektrik enerjisi ilə təminatı kifayət qədər yaxşılaşıb, istehsal olunan elektrik enerjisini özümüzü təmin etməklə yanaşı, xaricə də ixrac edirik. Ölkədə rabitə və poçt xidmətləri müasirləşib, internet istifadəçilərinin sayı 80 faizi keçib, elektron hökumətin yaradılması prosesi başa çatıb. Regionların sosial infrastrukturu əsaslı şəkildə müasirləşib. Bu da regionlarda sahibkarlığın inkişafına öz töhfəsini verir. Son 15 ildə Azərbaycanda 100 mindən çox müəssisə istifadəyə verilib və bu müəssisələrin böyük hissəsi məhz regionlarda yerləşir”-deyə, komitə üzvü qeyd edib.