YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Öz partiyasında siyasi nüfuzu olmayan Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür

Əli Kərimlinin yanlış siyasi gedişləri aid olduğu siyasi partiyanın parçalanması və sosial bazası kiçik bir qrupdan olan dərnəyə çevrilməsinə səbəb olub. Öz partiyası daxilində siyasi nüfuz sahibi olmayan bir şəxsin hakimiyyət iddiaları da gülüncdür.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından millət vəkili Sona Əliyeva deyib.

Sona Əliyeva bildirib ki, Ə.Kərimlinin son vaxtlar aqressivləşməsinin əsas səbəblərindən biri də meydanda tək və çarəsiz qalmasıdır:

“Çünki Əli Kərimli hakimiyyətlə radikal üsullar, söyüş mexanizmləri ilə mübarizə aparmağın müşkül olduğunu dərk etməyə başlayıb. Amma bu dərketmə çoxdan olmalı idi. Tərəfdarları onun 19 illik məğlubiyyətini həzm edə bilmədilər. Partiyadan uzaqlaşdılar".

DİGƏR Xəbərlər Arxiv