YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə və səfərbər olmuş cəmiyyətə gəlib çatmış bir dövlətdir

“Heç şübhəsiz ki, xaricdə və ölkə daxilində radikal mövqe tutanlar kiminsə əlində alət olduqları üçün istifadə olunub atılacaqlar. İnsan vicdan və insaf hissini itirməməlidir. Mühacirlərin bir qismi doğurdanmı düşünmürlər ki, mürəkkəb bir dünyada yaşayırıq”. Bu fikirləri yap.org.az saytna müsahibəsində Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, regonda nə qədər mürəkkəb proseslər baş verir. Belə bir vəziyyətdə sabit Azərbaycan var. Bəzi radikal mühacirlər  xaricdə yaşasalar da, ailələri, qohumları burda yaşayırlar.  Yaşadığımız ölkədə əminanamlıq, sabirlik var və bu amillərin təminatçıları var. Təminatçı xalq və onun seçdiyi dövlət başçısı var. Bunu görməyənlər gərək kor olsun.

“Onlara müraciətlə deyirəm ki, ağıla üstünlük verin, vicdan hissini itirməyin.  Müqayisələr apararaq görün ki, Azərbaycan vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə və səfərbər olmuş cəmiyyətə gəlib çatmış bir dövlətdir. Bu adamlar milli təəssübkeşliyi heç zaman unutmamalıdırlar”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv