YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir

“Təcrübəmizdə ilk dəfədir ki, mədəniyyət sahəsində aparılacaq fəaliyyəti ölkənin aparıcı ideoloji qüvvəsi olan  Yeni Azərbaycan Partiyası ilə birlikdə reallaşdıracağıq. Bu birgə fəaliyyət insanların mənəvi yüksəlişinə xidmət edəcək bir layihədir”. Bu fikirləri mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki,  Mədəniyyət Nazirliyi indiyə qədər partiyanın yerli strukturları ilə müxtəlif tədbirlər keçirib. İndi isə ölkə miqyasında bu fəaliyyət davam olunacaq. Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən danışan nazir deyib ki, Azərbaycan xalqının ən çətin məqamında, ölkə tənəzzül edərkən Heydər Əliyev hakimiyyətə qayıdaraq dövlətimizi bütün təhlükələrdən xilas etdi: “Bu prosesdə Ulu Öndərin öz ətrafına topladığı etibarlı insanların böyük əksəriyyəti YAP üzvləri idi. Qısa müddət ərzində böyük şəxsiyyət ölkəni tənəzzüldən xilas etməyə nail oldu. hazırda isə ölkəmiz inkişaf edir, yeni çağırışlar yaranır, Azərbaycan tamamilə yeni şəraitdə yaşayır. Prezident İlham Əliyev Azərbaycanı  yeni inkişaf yoluna çıxarıb”.

Ə.Qarayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir. Onun sözlərinə görə,  ölkəmiz üçün ən mühüm ideoloji amil mənəvi zənginlikdir: “Odur ki, birgə fəaliyyət planında müxtəlif layihələr reallaşacaq. Bilirsiniz ki, hər bir regionda Heydər Əliyev Mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər yeni nəslin, gənclərin  Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası çərçivəsində yetişməsində böyük bir vasitədir. Biz Mədəniyyət Nazirliyi çərçivəsində bu işi qurmağa çalışırıq. Lakin hesab edirəm ki, YAP-ın imkanları da bu prosesdə fəal iştirak etmək, yeni layihələr gündəmə gətirmək,  böyük şəxsiyyət Heydər Əliyevin canlı obrazını gənc nəslə təqdim etmək baxımından böyük rol oynaya bilər. Bu baxımdan, partiyanın yerli strukturlarını bu prosesdə iştirak etməyə  dəvət edirəm”.

Nazir deyib ki, dövlət başçısının tapşırığı əsasında Mədəniyyət Nazirliyin struktur və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər görülür. O,  hesab edir ki, bəzən müasir tələblərə cavab verməyən sturkurlardansa, Heydər Əliyev Mərkəzləri və Gənclər evlərinin imkanlarından daha çox istfadə olunmalıdır.

Ə.Qarayev vurğulayıb ki, Azərbaycan xalqının tarixini, keçdiyi yolu, mübarizə qüdrətini gənclərimizə təbliğ etməklə yanaşı, çağdaş tariximizi dərindən öyrətməliyik: “Prezident  İlham Əliyev siyasəti cəmiyyətimizə yeni baxışlarla təbliğ olunmalıdır. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən reallaşdırılan, dünya miqyasında təşkil olunan böyük mədəniyyət layihələrinin ölkəmizin beynəlxalq miqyasda tanınmasında çox böyük rolu var”.

DİGƏR Xəbərlər Arxiv