YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir

Avropa çempionatında bugünkü çıxışımdan razıyam. Sabah həlledici gündür və yüksək nəticə üçün mübarizə aparacağam. Qitə çempionatında rəqabət ildən-ilə yüksəlir. Ötən il Bakıda keçirilmiş yarışda iştirak etmişəm. Bakıda yüksək səviyyədə təşkil olunmuş bu yarışda iştirak etdiyim üçün şadam. Milli Gimnastika Arenası çox möhtəşəmdir. Burada güclü azarkeş dəstəyi mübarizəni daha maraqlı edir, gimnastları ruhlandırır.

Bunu Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən ispaniyalı gimnast Polina Berezina deyib.

Gimnast bildirib: “Yarışlar bədii gimnastika azarkeşləri üçün əsl bayrama çevrilib. Luici adlı meymun-maskot tamaşaçılara və gimnastlara təbəssüm, müsbət enerji və xoş əhval-ruhiyyə bəxş edir”.