YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Türkiyənin Danimarkadakı diaspor fəalları bir araya gəliblər

Azərbaycanın və Türkiyənin Danimarkadakı diaspor fəalları bir araya gəliblər.

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin rəhbərliyinin, habelə bu ölkədə yaşan digər türk xalqlarının diaspor fəallarının iştirakı ilə paytaxt Kopenhagen şəhərində türk diaspor təşkilatları tərəfindən Türkçülük Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə yerli KİV nümayəndələri, Türkiyənin Danimarkadakı səfiri və səfirliyinin əməkdaşları, Şimali Avropada fəaliyyət göstərən müxtəlif türk diaspor cəmiyyətlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türk Mədəniyyət Mərkəzinin və Skandinaviya Türk Federasiyasının rəhbərləri çıxış edərək Danimarkada Türkçülük Gününə həsr olunan belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Onlar dünyadakı mövcud qarışıq beynəlxalq vəziyyətə baxmayaraq, türk xalqları diaspor təşkilatlarının inkişaf etdiyini vurğulayıblar. Danimarkada və regiondakı türk diaspor təşkilatlarının apardığı iş barədə məlumat verən çıxışçılar türk xalqlarının həmişə birlik göstərərək birgə amal uğrunda çalışmasının əhəmiyyətini vurğulayıblar.

“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi və təşkilatın digər fəalları Türkiyənin Danimarkadakı diaspor təşkilatlarının rəhbərləri və səfir Uğur Kenan İpek ilə söhbət əsnasında birgə həyata keçirilən layihələrdən danışıb, əməkdaşlığın daha da genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.