YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya Bundestaqının Cənubi Qafqaz parlament qrupunun nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Bundestaqın Cənubi Qafqaz parlament qrupunun sədri və üzvləri ilə görüşüb.

Bundestaqın nəzdindəki Alman Parlament Cəmiyyətində keçirilən görüşdə qrupun sədri, deputat Yohannes Kars rəhbərlik etdiyi qrupun fəaliyyəti barədə məlumat verib, o cümlədən mayın 21-24-də Azərbaycana planlaşdırdığı səfərə toxunub.

Səfir Ramin Həsənov alman deputatları Azərbaycanın Almaniya ilə münasibətlərində, xüsusilə parlamentlərarası əməkdaşlıq sahəsində yeniliklər barədə məlumatlandırıb. O, Azərbaycanın Cənubi Qafqaz parlament qrupunun nümayəndə heyətinin qarşıdan gələn səfərinə böyük maraqla yanaşdığını qeyd edib.

Daha sonra görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cari vəziyyət və prosesin gedişi barədə alman deputatların suallarını cavablandırıb.

DİGƏR Xəbərlər Arxiv