YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən  məlumata görə, noyabrın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Davit Baladzenin rəhbərliyi ilə biznes nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.

Biznes forumda tikinti və turizm sahələri təmsil edən Gürcüstan şirkətləri iştirak edəcəklər.

Tədbir zamanı Acarıstanın biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək və iş adamlarını maraqlandıran suallar cavablandırılacaq.

 

 

DİGƏR Xəbərlər Arxiv