YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda ailə məsələləri ilə bağlı geniş maarifləndirmə işləri aparılır

Azərbaycanda kifayət qədər gözəl ailələr var və onları cəmiyyətə tanıtmaq lazımdır.

Bunu “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda çox gözəl ailə modeli var:

"Biz çalışırıq ki, ölkəmizdə sağlam, təhsilli ailələr olsun. Ancaq dünyada gedən proseslərdən Azərbaycan kənarda qala bilməz. Həm müsbət, həm də mənfi baxımdan müəyyən təsirlər olur. Azərbaycanda da müəyyən problemlər mövcuddur, amma dövlət siyasətinin əsasında bu problemləri vaxtında həll etmək dayanır".

Hicran Hüseynova əlavə edib ki, bu gün komitə tərəfindən Azərbaycanda ailə məsələləri ilə bağlı geniş maarifləndirmə işləri aparılır: "Çox vacibdir ki, biz cəmiyyətə gözəl ailələri təqdim edək. Bu gün Azərbaycanda kifayət qədər belə ailələr var. Biz onları niyə təbliğ etməməliyik?!"