YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər-gül dəstələri düzüblər.

Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfrans YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin konfranslararası müddətdə fəaliyyətini əks etdirən videoçarxın nümayiş ilə başlayıb. Sonra  YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının təkcə Azərbaycanın deyil, regionun ən nəhəng, aparıcı siyasi təşkilatı olduğunu diqqətə çatdırıb. Dövlətin gənclərə qayğısından bəhs edən S.Əliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin uğurla davam etdirildiyini bildirib.

Konfransda YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynovun hesabat məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, hal-hazırda təşkilatın Gənclər Birliyi 3223 nəfər gənci öz sıralarında birləşdirir. Gənc üzvlərimizdən 941 nəfəri, yəni 29.2 %-i qadınlar, 908 nəfəri, yəni 28.2% -i ali təhsilli gənclərdir.

Konfransda çıxış edən Dilbər İbayeva, Rövşən Muxtarov, Aytən Əliyeva rayon təşkilatı Gənclər Birliyinin hesabat dövrü ərzindəki fəaliyyəti barədə fikirlərini bildiriblər.

Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Nəriman Əliyev və YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək YAP-ın cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olduğunu bildiriblər. Qeyd olunub ki,  partiyanın fəaliyyətində gənclərlə iş mühüm yer tutur.

Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin 27 nəfərdən ibarət Şurasının və 11 nəfərdən ibarət İdarə Heyətinin tərkibi müəyyənləşib. Eyni zamanda, Bəxtim Akif oğlu Qarayev YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Konfransda YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr də müəyyənləşdirilib.

Konfransda partiya sıralarına yeni daxil olan üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Partiya xəbərləri Arxiv