YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar

“Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar”. Bu fikri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, Azərbaycan xalqının ruhundakı multikulturalizm əhval-ruhiyyəsini bütün dünya daha yaxşı bilməlidir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, multikulturalizmin şərəfli və nikbin bir qütbü də var.

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  yarananda dövlətimizin başçısı qarşıya vəzifə qoymuşdu ki, Azərbaycan multikulturalizmi hərəkatı bütün dünyanın nəzərinə çatdırılsın. Hesab edirəm ki, BBMM bu vəzifənin öhdəsindən gəldi. Dünyanın 20-yə yaxın universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunur, dərsliklər çap edilir. Bu fənni keçən gənclər qış və yay məktəblərində iştirak edirlər”-deyə, rector vurğulayıb.