YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında olan Şuşaya və digər ərazilərimizə səfəri təxribat xarakteri daşıyır

“Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında olan Şuşaya və digər ərazilərimizə səfəri təxribat xarakteri daşıyır”. Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, xarici işlər nazirlərinin Moskva görüşündən sonra qarşı tərəf müəyyən razılaşmalara əməl etməli idi. Amma Ermənistan bunun tam əksini edir.

“Bu isə qeyri-konstruktivlik deməkdir. Bütün bunlar onu göstərir ki, Ermənistan rəhbərliyi heç bir razılaşmaya əməl etmək istəmir. Məqsəd isə status-kvonu qoruyub saxlamaqdır. Hesab edirəm ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar işğalçı tərəfindən əməllərinə reaksiya bildirməlidir”-deyə, deputat qeyd edib.