YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Laçın rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirmişdir

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilmişdir. Əvvəlcə çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri tərəfindən Laçın Rayon İcra Hakimiyyətinin qarşısında Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü ziyarət olunaraq, önünə gül dəstələri düzülmüşdür. Sonra tədbir Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli giriş nitqində Ulu öndərin keçdiyi şərəfli həyat yolundan və çoxşaxəli fəaliyyətindən danışaraq, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını bildirmişdir.

Sonra Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasovun Ümummilli lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolunu əks etdirən geniş məruzəsi, həmin məruzə ətrafında çıxışlar dinlənilmişdir. Məruzə və çıxışlarda əvəzedilməz Heydər Əliyev strategiyasının Müstəqil Azərbaycanın inkişaf yolu olacağına əminlik vurğulanmaqla, bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdir.

Daha sonra çıxış edən Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadova və başqaları vurğulayıblar ki, ölkəmizin tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illərdə Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində xalqımız dövlətçiliyini itirmək təhlükəsindən xilas olub, müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaradılıb, azərbaycançılıq məfkurəsi formalaşdırılıb, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olub. Məhz dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanaraq, ümumxalq səsverməsi ilə qəbul edilməsi ilə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılıb, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülüb.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Laçın Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, məktəblilər və gənclər arasında keçirilən bilik yarışının, futbol və voleybol yarışlarının qaliblərinə kubok, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” filminə tamaşa edilmişdir.