YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Efiopiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ölkəmizin Efiopiyadakı səfirliyi tərəfindən silsilə tədbirlər təşkil edilib.

Qeyd olunan fəaliyyət çərçivəsində ilk olaraq səfir Elman Abdullayev Efiopiyanın, eləcə də Afrikanın ən böyük radiostansiyalarından biri olan və 30 milyondan artıq dinləyiciyə malik “AFRO” FM-də çıxış edib. O, çıxışında müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi və əvəzsiz xidmətlərindən danışıb. Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, iqtisadiyyatın, elmin, mədəniyyətin və digər sahələrdə inkişafın təmin edilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin xidmətlərinin Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd edib.

Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun müəyyən edilməsi, Azərbaycanın dünya birliyinə uğurla inteqrasiya olunması və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına, eləcə də bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla münasibətlər qurulmasına səbəb olub. O, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli hədəflər müəyyən edən uğurlu enerji və nəqliyyat strategiyası Azərbaycanda, eləcə də regionun tərəfdaş ölkələrində inkişafın, rifahın və əmin-amanlığın təmin edilməsində, ölkəmizin regiondakı strateji və iqtisadi əhəmiyyətini artırmaqla yanaşı, həm də beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynadığını vurğulayıb.

Səfir Elman Abdullayev ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının ölkədə tolerantlığın və multikulturalizmin əsasını təşkil etdiyini və respublikamızda milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların mədəni dəyərlərinin dövlət tərəfindən qorunduğunu və inkişaf etdirildiyini qeyd edib.

Diplomat Əddis-Əbəbə şəhərinin orta məktəblərinin birində ümummilli lider Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin təbliği məqsədi ilə məktəbin müəllim heyəti və şagirdləri qarşısında çıxış edərək, Ulu Öndərin uşaqların sağlam, firavan böyüməsi və yaxşı təhsil alması istiqamətində gördüyü işlərdən danışıb, Heydər Əliyevin Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarı olduğunu vurğulayıb.

Diqqətə çatdırıb ki, Ulu Öndər tərəfindən qoyulmuş böyük mərhəmətlik və humanistlik irsinin davamı kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində təhsilin, elmin, mədəniyyətin inkişafı, uşaqlara diqqət və qayğı göstərilməsi ilə bağlı çoxlu sayda layihələr həyata keçirilib.

Səfirlik tərəfindən ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq bu ay ərzində E.Abdullayev tərəfindən Əddis-Əbəbə Universitetində “Dövlətçiliyin inkişafında liderliyin rolu” mövzusunda açıq mühazirə təşkil edilməsi planlaşdırılır.

DİGƏR Xəbərlər Arxiv