YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Umar Keyta: “Bakı Prosesi” böyük əhəmiyyət daşıyır

Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu böyük bir platformadır. Bu Forum təkcə siyasətçiləri deyil, sosial, iqtisadi, mədəniyyət, elm, təhsil sahələrini təmsil edən aparıcı şəxsləri bir araya gətirir. Belə bir kontingentlə aktual problemləri daha ətraflı müzakirə etmək olur.

Bu fikirləri Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş, Malinin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Umar Keyta söyləyib.

Bildirib ki, mədəniyyətlərarası, eləcə də dinlərarası dialoq dünya dialoqu deməkdir. Bu gün bütün cəmiyyətlər üçün ən vacib məsələlərdəndir.

“Forumun, eləcə də “Bakı Prosesi”nin konsepsiyası böyük əhəmiyyət daşıyır. “Bakı prosesi”ni davam etdirməliyik, bütün dünyanın dialoqa, tolerantlıq dialoquna ehtiyacı var. Mədəniyyətlərimizi bölüşməliyik və bu Forum mədəniyyətlərin bölüşməsini təşviq edir. Biz Azərbaycanda əsil multikulturalizmin şahidi olduq”, - deyə səfir U.Keyta vurğulayıb.

Həmçinin o, Bakıda insanların istiqanlı, qonaqpərvər olduğunu, paytaxtımızın gözəl olduğunu vurğulayıb.