YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mingəçevir şəhər təşkilatı “Heydər Əliyev-Azərbaycanın özü qədər əbədi lider” mövzusunda konfrans keçirib

Yeni Azərbaycan Partiyasının  (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev-Azərbaycanın özü qədər əbədi lider” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyev əziz xatirəsin bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. İ.İsmayılov deyib ki, bu gün ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin əsasını Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası təşkil edir: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, ölkəmizə etibar olunan beynəlxalq tədbirlər, qazanılan digər uğurlar Ulu Öndər Heydər Əliyev ideyalarının reallaşmasının nəticələridir. Bu, bir daha onu göstərir ki, nə qədər müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var Heydər Əliyev ideyaları daima yaşayacaq”.

Daha sonra konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu xalqa bəxş edilən ömürdür ”, MDU-nun dosenti Səbuhi Qəhrəmanov “Ulu Öndər Heydər Əliyev müstəqil dövlət quruculuğunun yaradıcısıdır”, Mingəçevir Turizm Kollecinin müəllimi Aybəniz Əliyeva “Heydər Əliyev-tarixi şəxsiyyət, əbədiyaşar liderdir”, YAP Mingəçevir şəhər təşkilati Gənclər Birliyinin idarə heyyətinin üzvü Sevinc Bayramova “Müasir Azərbaycan dövlətinin uğurları Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin nəticəsidir” mövzusunda çıxış ediblər.

DİGƏR Partiya xəbərləri Arxiv