YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə gənc rəssamların sərgisi təşkil olunub

Mayın 7-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə gənc rəssamların sərgisi təşkil olunub.

Sərginin açılışı mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gənc rəssamların sərgisinin Ümummilli Lider Heydər Əliyevin   anadan olmasının 96-cı ildönümünə həsr olunmasının əhəmiyyətli olduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrin inkişafına diqqət göstərib: “Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə də bütün sahələrdə olduğu kimi mədəniyyət və incənət sahəsinin inkişafına xüsusi diqqət göstərib, yaradıcı insanlara qayğı ilə yanaşıb. Bu dövrdə Heydər Əliyevin yaradıcı insanlara, mədəniyyət sahəsinə göstərdiyi böyük dəstək və qayğı heç zaman unudulmur. Həmin dövrdə atılan addımlar mədəniyyət sahəsinin gələcək inkişafı üçün etibarlı zəmin yaratdı. Sovet dövründə formalaşmış mədəniyyət adamları Ulu Öndərimizin bu sahəyə olan diqqətini yaxşı xatırlayırlar. O dövrdə yaradıcı insanların keçmiş SSRİ-nin ən yüksək ali dövlət mükafatlarına layiq görülməsi xalqımız tərəfindən məmnunluqla qarşılanırdı. Yazıçı, rəssam, şair, musiqiçilərimiz keçmiş SSRİ-nin ən ali dövlət mükafatı olan  Sosialist Əməyi Qəhrəmanı ordeni ilə təltif olunurdular. Bu təltiflərin sayına  görə, Azərbaycan digər iitifaq respublikalardan öndə idi. Bu da Heydər Əliyev sayəsində mümkün olurdu. Burada diqqət çəkən məqam odur ki, insanların əmiyinə yüksək qiymət verilirdi. Onlar da xalqa xidmət edirdi, gələcək işlərində stimul verirdi”.

Əli Əhmədov qeyd edib ki, müstəqillik illərində də Ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət sahəsinə daim önəm verirdi, yaradıcı insanlarla tez-tez görüşürdü. “Heydər Əliyevin bu sahəyə göstərdiyi möhtəşəm xidmətlər nəticəsində güclü yaradıcı insanlar formalaşıb. Onların əsərləri dünya miqyasında tanınır. Bu fakt bilavasitə ölkəmizin təbliğatında da mühüm rol oynayır. Belə insanlardan biri də məşhur rəssam  Sakit Məmmədovdur. Bu sərgidə onun yetişdirdiyi gənc rəssamların əsərləri təqdim olunur”.

Sərginin YAP-da keçirilməsinin əhəmiyyətindən danışan Əli Əhmədov deyib ki, bu fakt gənc rəssamların və onların əsərlərinin daha geniş şəkildə tanınmasına xidmət edəcək. Eləcə də, YAP gənc insənət adamlarınının yaradıcılıq işlərinin bundan sonra da təbliğ olunması  üçün dəstək verməyə hazırdır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

DİGƏR Partiya xəbərləri Arxiv