YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü İzmirdə qeyd edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Türkiyənin İzmir şəhərində tədbir keçirilib.

Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən bu şəhərdəki Heydər Əliyev Parkında təşkil olunan mərasimdə diplomatlar, İzmirdə yaşayan və çalışan azərbaycanlılar, “Petkim Petrokimya Holding” A.Ş. Baş direktorunun müavini Xalıq Mustafayev, Karşıyaka Bələdiyyəsi sədrinin müavini Ali Hıdır Köseoğlu və yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ümummilli Liderimizin adını daşıyan parkda büstü önünə gül dəstələri düzülüb.

Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Paşa, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda Ulu Öndərin xilaskarlıq missiyasından, Azərbaycan və Türkiyənin birgə inkişafı naminə həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs olunub. Əminliklə vurğulanıb ki, Ulu Öndərimizin adını əbədiyyətə qədər qədirbilən xalqlarımız qəlbində yaşadacaq.