YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Şirvan Mədəniyyət Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Samid Abıyev respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər, eyni zamanda dövlət gənclər siyasəti haqqında məlumat verib. O, respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu vurğulayaraq, ölkəmizin ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini qeyd edib.

Konfransda YAP Şirvan şəhər təşkilatı Gənclər birliyinin sədri Emil Məmmədovun hesabat məruzəsi dinlənilib. Şirvan şəhər gənclərinin həyata keçirilən dövlət siyasətinə uyğun olaraq şəhərin ictimai-siyasi həyatında, həyata keçirilən müxtəlif səpkili tədbirlərdə daima fəallığı ilə seçildiyini qeyd edən məruzəçi bildirib ki,hal-hazırda təşkilatın Gənclər Birliyi 2681 nəfər gənci öz sıralarında birləşdirir. ,Bu da YAP Şirvan şəhər təşkilatı üzvlərinin 47 %-ni təşkil edir. Bu gənclərdən 923 nəfəri ali, 1246 nəfəri orta ixtisas, 512 nəfəri isə orta təhsillidir. Emil Məmmədov qeyd edib ki, təsdiq olunmuş tədbirlər planlarına uyğun olaraq şəhərin idarə, müəssə və təşkilatlarında müxtəlif tədbirlər həyata keçirilmiş, keçirilən tədbirlərdə gənclərin fəallığı və kütləviliyi təmin olunmuş, xüsusilə ideoloji təbliğat məsələlərinə daha çox önəm verilmişdir.

Konfransda çıxış edən gənclər-Şirvan şəhər Gənclər Evinin direktoru Əfqan Həsənov, 1 №-li tam orta məktəbin direktor müavini Elnur Novruzov, 16 №-li tam orta məktəbin müəllimi Nuray Mehrəliyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurları barədə məlumat veriblər.

Konfransda YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi uğurlu inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərdən danışıblar Qeyd edilib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir və ölkəmizin gəncləri içtimai siyasi həyatın bütün sahələrində özünün aktiv fəaliyyəti ilə seçilir, mədəni, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Şirvan şəhər təşkilatının Gənclər Birliyinin 23 nəfərdən ibarət Şura üzvü və 11 nəfərdən ibarət İdarə Heyəti seçilib. Nəmini Nəmidə YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin sədri, Samir Abıyev və Vüqar Əliyev sədrin müavinləri seçiliblər. Tədbirdə həmçinin, YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

DİGƏR Partiya xəbərləri Arxiv