YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Mamuka Baxtadze: Gürcüstan-Azərbaycan müştərək komissiyası yaxın vaxtlarda fəaliyyətə başlayacaq

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı yaradılmış müştərək komissiyanın Gürcüstan tərəfindən olan üzvləri hökumətin yaxın vaxtlarda keçiriləcək iclasında təsdiq ediləcək.

Bu sözləri mətbuata açıqlamasında Gürcüstanın Baş naziri Mamuka Baxtadze söyləyib.

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” məbəd kompleksi (David Qareci məbədi) ilə bağlı məsələyə münasibət bildirən Baş nazir deyib: “Bu məsələ ilə bağlı hər iki ölkənin əlaqədar qurumları arasında aramsız danışıqlar gedir. Mən özüm də nazirlərimizlə daim əlaqə saxlayıram. Bu barədə müəyyən razılıq əldə olunub. Sərhədlərlə bağlı müştərək komissiyaya gəldikdə, bu qurum son vaxtlar fəaliyyət göstərməyib. Komissiyanın tərkibi müəyyən olunub və çox güman ki, hökumətin gələn həftə keçiriləcək iclaslarının birində təsdiqlənəcək. İnanıram ki, “David Qareci” məbədi ilə əlaqədar məsələni də biz azərbaycanlı dostlarımızla strateji tərəfdaşlar kimi həll edəcəyik”.

DİGƏR Xəbərlər Arxiv