YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran Azərbaycan və Rusiya ilə birgə dəmir yolu şirkəti yaradacaq

İran Azərbaycan və Rusiya ilə birgə dəmir yolu şirkəti yaratmaq niyyətindədir.

Bu sözləri İranın dəmir yolu şirkətinin direktor müavini Babək Əhmədi deyib.

O bildirib ki, birgə şirkətin fəaliyyəti dəmir yolu vasitəsilə daşınan tranzit yüklərin artmasına səbəb olacaq. Bundan başqa, birgə şirkət sifarişlər qəbul edərək iş adamlarına və dövlətə məxsus yükləri asanlıqla daşıyacaq.

B.Əhmədi qeyd edib ki, bu barədə tərəflər arasında müzakirələr aparılıb və razılıq əldə edilib. Birgə şirkət yarandıqdan sonra Tehran, Bakı və Moskvada şirkətin nümayəndəlikləri də fəaliyyətə başlayacaq.