YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyinə diqqət və qayğının nəticəsidir ki, hazırda ölkə gəncləri ictimai həyatın bütün sahələrində fəal iştirak edir, cəmiyyətin avanqard qüvvəsinə çevriliblər.

Əvvəlcə partiyanın rayon təşkilatının fəal gəncləri və qonaqlar ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

Konfransda Milli Məclisin deputatları Kamilə Əliyeva, Nəsib Məhəməliyev, partiya üzvləri çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olunmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər. Vurğulanıb ki, partiyanın 700 mindən artıq üzvünün 40 faizdən çoxunu gənclərin təşkil etməsi onların ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlərinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərinin, onun ətrafında sıx birləşərək gələcəyə daha böyük inamla baxmalarının göstəricisidir.

Sonra təşkilati məsələlərə baxılıb, YAP rayon təşkilatı Gənclər Birliyi şurasının və idarə heyətinin yeni tərkibi müəyyənləşib. Səsvermə nəticəsində Nurlan Şibliyev YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin yeni sədri seçilib. Konfransda, həmçinin YAP Gənclər Birliyinin respublika konfransında iştirak edəcək nümayəndələr də müəyyənləşib.